"Qəbələ"nin legioneri: "Sumqayıt" təhlükəli rəqibdi" - MÜSAHİBƏ

14:25 - 26 Sentyabr 2021

"Qəbələ"nin monteneqrolu futbolçusu Stefan Vukçeviç Sportal.az saytına müsahibə verib:

- “Qəbələ” 4-cü turu turnir cədvəlində 1-ci pillədə başa vurmuşdu. Yəqin ki, mövqeyiniz sizi razı salır?
- Bəli, komandamız 4-cü turu lider kimi başa vurdu. Əlbəttə ki, əla starta görə xoşbəxtik. Amma bu yalnız başlanğıcdı. Heç bir arxayınçılıqdan söhbət gedə bilməz. Biz sadəcə çox işəyirik. 

- “Qəbələ” 4 tur ərzində yalnız “Neftçi” matçında xal itirmişdi. Onlara qalib gəlmək çox çətin idi?
- Bu oyunda çox yaxşı işləmişdik. Öncədən hansısa nəticəni planlaşdırmamışdıq. Atmosferin qazandırdığı nəticə idi. Maraqlı və yaxşı oyun alınmışdı. 

- Ötən mövsüm də “Qəbələ”də oynayırdın. Səncə, komanda ötən mövsüm güclü idi, yoxsa bu mösvüm güclüdü?
- Məncə, bu mövsüm klub menecementliyi transfer sarıdan çox yaxşı işlər gördü. Yaxşı komandamız var və biz də çempionatda uğurlu nəticə qazanmağa çalışırıq.

- Adətən çempionluq uğrunda “Qarabağ” və “Neftçi” mübarizə aparır. Bu komandalarla mübarizə apara biləcəksiz?
- Biz elə də çox düşünmürük bunu. Komanda olaraq daima işləyirik, inkişaf edirik və yalnız növbəti oyunu düşünürük. İndi də bütün fikrimiz “Sumqayıt”la oyuna yönəlib. Necə alınacaq, bunu zaman göstərəcək. 

- Yaovi Akakpo və Rüfət Əhmədov zədə səbəbindən mövsümün böyük hissəsini buraxmalı olacaq. Onların olmaması sizin üçün böyük problem olacaq?
- Rüfətlə Akakponun olmaması bizə təsir edəcək. Çünki komanda üçün önəmli futbolçulardı. Onlar adına da çox üzüldüm. Amma əminəm ki, Akakpo da, Rüfət də daha güclü qayıdacaq. Onlarsız çətin olacaq, amma nə etmək olar, futbolda belə hallar olur.

- Bu gün isə “Sumqayıt”la oynayacaqsınız. Səfərdə bu komandanı məğlub etmək mümkündü?
- “Sumqayıt”a qarşı bizi çətin oyunun gözlədiyini bilirik. Çünki onlar təhlükəli rəqibdi. Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun göstərib, yaxşı da nəticə qazanaq.

Xəbər xətti