Premyer Liqanın 5-ci turunda səfərdə "Sumqayıt"la qarşılaşan "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, o, oyunu (0:0) şərh edib:
- Çətin matç gözləyirdik. "Sumqayıt"la oyunlarımız dinamik keçir. Komandanı çətin görüşə hazırlayırdıq. Qarşılaşmanın daha ağır olacağını bilirdik. Komandada eyforiya yox idi. İstədiyimizi meydanda yerinə yetirməyə çalışdıq. Layiqli 1 xal qazandıq.
- Qapıçıdan narazı olduğunuz hiss olunurdu...
- Kənardan belə görünə bilər. Futbol emosiyalar oyunudur. Hər şey qaydasında idi.