"Neftçi" ilə matçın ədalətli nəticəsi bərabərlik idi" - MÜSAHİBƏ

13:44 - 28 Sentyabr 2021

“Sabah”ın müdafiəçisi Slavik Alxasov Sportal.az saytın müsahibə verib. Masazır klubunun kapitanı komandanın uğursuz çıxışı barədə fikirlərini bildirib.

- “Sabah” son turda “Neftçi”yə 1:2 hesabı ilə uduzdu. Matçla bağlı fikrin necədi?
- “Neftçi” matçına qələbə üçün çıxmışdıq. Bundan əvvəlki oyunlara da uğurlu nəticə üçün çıxırdıq. Sadəcə alınmırdı. “Neftçi” matçında da uğurlu nəticə qazanmaq istəyirdik. Amma təəssüf ki, alınmadı xal qazanmağımız, məğlub olduq.

- “Neftçi”nin qələbəyə layiq olduğunu düşünürsən, yoxsa heç-heçə ən ədalətli nəticə idi?
- Əslində, heç-heçə ədalətli nəticə sayıla bilərdi. Çünki bizim də qol epizodlarımız var idi. Sadəcə həmin epizodlardan yararlana bilmədik. Yəni yararlansaydıq, başqa nəticə ola bilərdi. Məhz buna görə, heç-heçənin ədalətli nəticə olduğunu düşünmək oları.

- “Sabah” 5 turdan sonra cəmi 1 xala malikdi. Yəqin ki, bu cür başlanığıcı özünüz də gözləmirdiniz?
- Biz bu cür başlanğıc gözləmirdik. Komandamız dəyişib, bəlkə ona görə belə alınır. Yeni komandaya uyğunlaşmaq bir az yubandı. 

- Komandanın bu mövsümki heyəti ötən mösümki heyətdən daha güclüdü? Bu mövsüm hansı nəticəni qazana biləcək gücdəsiniz?
- Heyətimiz yetərincə yaxşıdı. Keyfiyyətli oyunçularımız var. Ancaq bəxtimiz gətirmir. Biz bununla əlimizi yanımıza salmamışıq. Sona qədər də mübarizəmizi aparacağıq. Bizə sadəcə 1 qələbə lazımdı.

- Qarşıdakı turda rəqibiniz “Keşlə”di. Sabiq komandana qarşı matçda “Sabah”ın qələbə qazanmaq şanslarını necə dəyərləndirirsən? Mövsümdəki ilk qələbənizi qazana biləcəksiz?
- “Keşlə”də də elə bizim komandadakı kimi dəyişiklər olub. Onsuzda çətin olacaq oyunlar, asan oyun yoxdu. “Keşlə” də bizim kimi bu oyuna uğurlu nəticə qazanmaq üçün çıxacaq. Bizi maraqlı və gərgin oyun gözləyir. 

- Komandaya əvvələr iddialı və tanınmış klublarda oynamış Kristian Sebalyos, Xuan Kamara və Petar Şkuletiç komandaya gəlib. Onlarla yola getmək çətin deyilki? Komandaya uyğunlaşıblar?
- Kristian Sebalyos, Xuan Kamara, Petar Şkuletiç və ya başqaları, yaxşı futbolçudular. Onların insan kimi də davranışları yüksəkdi. Komandada buna görə heç bir problem yoxdu, hamı dost kimidi.

Xəbər xətti