"Bəzən "Legiya" mövsümə bu cür başlayır. Amma sonda yenə də bütün komandaları qabaqlayaraq, çempion olmağı bacarır. "Legiya"nın zamana ehtiyacı var. Çünki heyətdə yeni futbolçular yer alıb".
Bu sözləri Sportal.az saytına açıqlamasında Davit Piterkeviç deyib.
Azərbaycanda çıxış etmiş azsaylı polşalılardan olan qapıçı Mahir Emrelinin "Legiya"dakı çıxışından danışıb. İndinin özündə də karyerasını davam etdirən, “Sandeçya”nın qapısını qoruyan 33 yaşlı kiper Emreli barədə fikirlərini bildirərkən onun Varşava klubu üçün yaxşı transfer olduğunu deyib:
"Bilirsiz, Mahiri Polşada artıq tanıyırlar. Müdafiəçilər də ona qarşı necə oynamaq lazım olduğunu bilir. Amma buna rəğmən, Mahir qollarını vurur. Artıq çempionatda da bir neçə qol vurub. Mahir “Legiya” üçün yaxşı transferdi. O, komandanı daha da güclü edir. Mahir komandada qalaraq, özünü daha yaxşı göstərəcəksə, təbii ki, daha güclü, tanınmış klublar onu transfer edəcək”.
“Hücumda Tomas Pekxart, yoxsa Mahirin oynayacağına baş məşqçi qərar verir. Avropa Liqasının oyunlarında bəlkə hər ikisi eyni anda meydanda olacaq” – deyə, Piterkeviç fikirlərini yekunlaşdırıb.
saytlarin hazirlanmasi