“Fluminense” yetirməsi olan Higor Qabrielin “Sabah”a baxışa gəlməsi barədə xəbər vermişdik.
Sportal.az saytının məlumatına görə, Masazır təmsilçisinin braziliyalı müdafiəçi ilə müqavilə imzalayacağı, yoxsa geri göndərəcəyi hələ ki, dəqiqləşməyib.
Məsələ burasındadır ki, futbolçu hələ ki, cəmi 3 məşqə çıxıb və məşqçilər korpusu braziliyalı barədə yekun qərarı verməyə tələsmir. Qabriel barədə yekun qərarın minimum 10 günlük baxışdan sonra veriləcəyi gözlənilir.
22 yaşlı müdafiəçi bu il “Fluminense”nin əsas komandasında 1 oyunda meydana çıxıb.