Vaqner Lav "Qarabağ"la matç haqda nə dedi?

11:59 - 19 Oktyabr 2021

“Baş məşqçi bizə daha çox rahatlıq verir. Xüsusən də hücum mövqeyində oynayan oyunçulara. Kurban Berdıyevin gəlişindən sonra cinahda oynayıram. Amma özümü yaxşı hiss edirəm”.

Sportal.az xəbər verir ki, bu sözləri “Kayrat”ın forvardı Vaqner Lav deyib.

Almatı təmsilçisinin hücumçusu Konfrans Liqasının 3-cü turunun “Qarabağ”la oyunu barədə danışıb. Braziliyalı forvard Ağdam klubunun Bakıdakı matçı haqda bunları deyib: “Qarşıda bizim vacib matçlarımız var. “Qarabağ”a qarşı səfərdə oynadıqdan sonra, “Astana”ya qarşı ev oyunu və ölkə kubokunda cavab matçımız var.

​Bütün oyunlar çətindi. Bütün oyunçular oynamaq istəyir və futbolçuların fiziki gücü yerindədi. Zədədən sonra özümə gəlməyə çalışıram. Son oyunlara iynə vurduraraq çıxmışdım. Qarşıdakı oyunlara hazır olmağa çalışacam”.

Xəbər xətti