"Mançester Yunayted"in müdafiəçisi Rafael Varan zədəsini sağaldıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bildirilib ki, 28 yaşlı futbolçu İngiltərə Premyer Liqasının X turunda "Tottenhem"lə oyunda komandasına kömək etməyə hazırdı.
Fransa millisinin üzvü oktyabrın əvvəlində Millətlər Liqasının İspaniya ilə final matçında (2:1) zədələnmişdi.