"Zirə"nin hücumçusu: "Rəşad Sadıqovun yanında hər gün öyrənib inkişaf etmək olur"

11:27 - 9 Noyabr 2021

"Ölkəmin bayrağı altında oynaya biləcəyim üçün xoşbəxtəm. Bu, həqiqətən mənim üçün böyük sevincdir".

 

Sportal.az xəbər verir ki, bu fikirləri ilk dəfə Gürcüstan millisinə dəvət alan "Zirə"nin futbolçusu Davit Volkov deyib.

 

26 yaşlı hücumçu yığmadan dəvət gözlədiyini bildirib: Bəli, həqiqətən də müəyyən gözləntilərim var idi. Mən məşqlərdə öz işimi görməliyəm. Oynayıb-oynamayacağıma isə baş məşqçi qərar verəcək"

 

Volkov "Zirə" haqda danışarkən baş məşqçi Rəşad Sadıqovdan çox şey öyrəndiyini qeyd edib: "Bu gün mənim üçün “Zirə” özümü mükəmməl hiss etdiyim klubdur. Komandanın Rəşad Sadıqov məşqçisi var. Onun yanında hər gün öyrənib inkişaf etmək olur."

Xəbər xətti