Belçika millisində itki: 3 həftə oynamayacaq

15:26 - 9 Noyabr 2021

Belçika milli komandasının heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Yuri Tilemans sıradan çıxıb. "Lester"in futbolçusu İngiltərə Premyer Liqasının 11-ci turunun "Lids Yunayted"lə (1:1) oyununda topuq və baldırından xəsarət alıb. 24 yaşlı oyunçu 2-3 həftə yaşıl meydanlardan kənar qalacaq.

 

Tilemans zədə səbəbindən Belçika millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Estoniya (11 noyabr) və Uelslə (14 noyabr) keçirəcəyi oyunlarda iştirak edə bilməyəcək.

Xəbər xətti