Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2022-nin seçmə mərhələsində həm buraxılan qol, həm də "seyv" sayında liderlər sırasındadı.
Sportal.az xəbər verir ki, əslən dağıstanlı qapıçı qurtarışların sayını 44-ə çatdırıb.
Şahruddin Lüksemburqla IX turun matçından (1:3) sonra Avropa zonasında bu göstəricidə 2-ci sıraya yüksəlib. O, San-Marinonun qapıçısı Elia Benedittiniyə çatıb. Belə ki, hər iki qolkiper 44 qurtarış edib. İlk pillədə isə Lixtenşteyn yığmasının baş məşqçisi Bencamin Buşeldi ki, 57 "seyv"ə imza atıb.
Maraqlıdır ki, ən çox top buraxanlar siyahısında da təxminən eyni adlardır. Benedittini hamıdan çox – 32, Buşel 28 dəfə qol buraxıb. Məhəmmədəliyev 18 top buraxmaqla Avropada 4-cüdür.