"Mançester Siti" komandadan ayrılmaq istəyən Rahim Sterlinqlə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, "şəhərlilər" qış fasiləsində 26 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyən klublara rədd cavabı verib. Baş məşqçi Pep Qvardiola ingilis futbolçunun bu mövsüm planlarında yer aldığını rəhbərliyə bildirib.
Sterlinq 2015-ci ildən "Mançester Siti"də çıxış edir. O, bu mövsüm az oynadığı üçün ayrılmağı düşündüyünü açıqlamışdı.
saytlarin hazirlanmasi