Premyer Liqa klubu yeni baş məşqçisini açıqladı

12:23 - 15 Noyabr 2021

İngiltərənin "Norviç Siti" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bu posta Din Smiti gətirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssislə 2 il yarımlıq müqavilə imzalanıb.

 

Din Smitin son iş yeri "Aston Villa" olub.

 

Qeyd edək ki, "Norviç Siti" 11 turdan sonra 5 xalla İngiltərə Premyer Liqasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti