Volkov Gürcüstan yığmasında ilk qolunu vurub

22:22 - 15 Noyabr 2021

"Zirə"nin futbolçusu Davit Volkov Gürcüstan millisində qol hesabını açıb.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu Qoridə Özbəkistan seçməsinə qarşı yoldaşlıq matçında fərqlənib. Yığmada 2-ci oyununu keçirən forvard 41-ci dəqiqədə rəqib qapısına yol tapmaqla komandasına 1:0 hesablı qələbə qazandırıb.

 

Davit Volkov hazırda 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.

Xəbər xətti