"Zirə"nin hücumçusu Davit Volkov Gürcüstan millisinin Özbəkistana qarşı keçirdiyi oyunda (1:0) fərqlənməklə komandasına qələbə qazandırıb.
Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu qarşılaşmadan sonra yerli mətbuata açıqlama verib. Volkov milliyə dəvət olunduğu üçün sevindiyini bildirib:
"Hər kəsi qələbə münasibətilə təbrik edirəm. Təbii ki, milliyə çağırılanda çox sevindim və şansımdan istifadə etməyə çalışdım. Özbəkistanla oyunda start heyətində yer aldığım üçün də çox sevindim. Komandanın mənim qolumla qalib gəldiyi üçün şadam. Komandamıza uğurlar arzulayıram. Şadam ki, ili müsbət başa vurduq".
saytlarin hazirlanmasi