"Zirə"nin hücumçusuna Avropadan təkliflər var - meneceri açıqladı

17:24 - 18 Noyabr 2021

"Zirə"nin gürcüstanlı hücumçusu Davit Volkovun meneceri Levan Zuxbaya yerli mətbuata açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, 26 yaşlı forvardın Azərbaycandakı çıxışı haqda danışıb. Zuxbaya Volkovun bir neçə ölkənin klublarından təklif aldığını da deyib:

 

"Davitin "Zirə" ilə may ayına qədər müqaviləsi var və onun transferi haqda danışmaq hələ tezdir. Lakin təbiidir ki, belə oyunlar istənilən oyunçuya marağı artıracaq və Volkov da istisna olmayacaq. Onun üçün son iki mövsüm uğurlu keçib. O, məşqçisinə güvəndiyi yaxşı komandadadır. Bu qədər yaxşı çıxış etməsi baş məşqinin sayəsindədir. Yeri gəlmişkən, ötən mövsümdən sonra Volkova maraq var idi. Amma o, iki dəfə zədələndi. Avrokuboklara gedən bütün komandalara hazır futbolçu lazımdır və bu da Davitə mane oldu. Zədə zamanı “Zirə” ona hər cür kömək etdi, bahalı reabilitasiyanı maliyyələşdirdi və bu da tez başa çatdı. Bu və bir çox başqa şeylərə görə “Zirə” rəhbərliyi təşəkkürə layiqdir.

 

Biz hamımız Avropanın yüksək liqasına oyunçu göndərmək istəyirik. Amma tələb haradadır və harada güvənilirsə, orada olmaq daha yaxşıdır. Məsələ burasındadır ki, Davit Azərbaycanda özünü göstərməyi bacarıb. O, əvvəlcə Avropa Liqasının qrupunda çıxış etmiş “Qəbələ”yə keçdi. Sonra onu “Zirə”yə dəvət etdilər və orada da yaxşı çıxış etdi.

 

Təkliflər olub və olacaq. Əsas odur ki, indiki komandada məşqçi və rəhbərlik ona güvənir. Səmimi deyirəm - bu kluba minnətdarıq. Son iki ildə Azərbaycan, Türkiyə, Polşa, Ukrayna və Macarıstanla da maraqlanırdılar. Davit milli və karyera maraqlarından çıxış edərək qərar verəcək. İndi ondan daha çox şey gözlənilir və əminəm ki, o, irəliləməyə davam edəcək".

Xəbər xətti