İngiltərənin "Mançester Siti" klubu aparıcı futbolçusunun xidmətindən məhrum olub.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Kevin De Brüyne koronavirusa yoluxub. Covid-19 testi pozitiv çıxan belçikalı futbolçu 10 gün ölkəsində karantində qalacaq.
30 yaşlı yarımmüdafiəçi "Mançester Siti"nin Premyer Liqada "Everton" və "Vest Hem", Çempionlar Liqasında isə PSJ ilə matçında komandasına kömək edə bilməyəcək.
saytlarin hazirlanmasi