“Oyuna təmkinli başladıq. Daha çox topa nəzarət edib, rəqibin dinamikasını aşağı salmağa çalışırdıq və buna da nail olduq. Fasilədən sonra oynamaq hər zaman çətin olur. “Səbail”in aldadıcı görüntüsü var. Hər kəs elə bilir rəqib rahat məğlubediləndi. Lakin elə deyil”.
Sportal.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Səbail”lə oyundan sonra keçirilən mətbuat konfransında deyib. O, Volkova gələn təkliflər haqda verilən sualı belə cavablandırıb:
“Volkova təklif gəlib-gəlməməsi ilə bağlı bizdə hər hansı informasiya yoxdu. Volkov yaxşı futbolçudu. Bir neçə futbolçularımızla mayda müqaviləmiz bitir. Heç bir danışıq da aparmamışıq. Çünki düşünürəm ki, tezdi. Hər şeyin öz vaxtı var”.
saytlarin hazirlanmasi