3 qızla eşq yaşayan Cek Qriliş 10 illik sevgilisini seçdi

21:00 - 21 Noyabr 2021

"Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qriliş şəxsi həyatı ilə gündəmə gəlib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu 3 fərqli qızla sevgi yaşayır. O, TV ulduzu Emili Etek və yarışma proqramının qalibi olan Ember Qillə eşqin dadını çıxarır.

 

Mətbutda tirajlanan xəbərlərdən futbolçunun 10 ildir sevgilisi olan Saşa Etvud da məlumat alıb. O, Qrilişin qarşısına şərt qoyub və yekun seçim etməsini tələb edib.

 

Bu halda Qriliş TV ulduzu Emili Eteki seçib. Lakin İngiltərə millisinin üzvünün agenti və yaxın əhatəsi məsələyə qarışmalı olub. Onlar şəxsi həyatındakı hadisələrin karyerasına təsir edəcəyini və sponsorların ondan uzaqlaşacağını futbolçuya çatdırıblar. "The Sun" nəşri Qrilişin yenidən 10 illik sevgilisinə qayıtdığını yazıb.

Xəbər xətti