İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeytin müqaviləsinin müddəti uzadılıb.
Sportal.az İngiltərə Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssislə 2024-cü ilin sonunadək nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Qaret Sautqeyt 2016-cı ilin noyabr ayından İngiltərə millisini çalışdırır. İngilislər onun rəhbərliyi altında DÇ-2018-də yarımfinal, AÇ-2020-də isə final oynayıblar.
saytlarin hazirlanmasi