Millinin baş məşqçi postundan ayrıldı

10:22 - 24 Noyabr 2021

İraq millisinin baş məşqçisi Dik Advokat istefa verib.

Sportal.az xəbər verir ki, bu barədə İraq Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

İstefa uğursuz nəticələrdən sonra baş tutub. Onu bu postda köməkçisi Jelko Petroviç əvəzləyəcək.

İyunda İraq millisinin baş məşqçisi təyin olunmuş Advokat DÇ-2022-nin seçmə mərhələsində İraq millisini 6 oyuna çıxarıb və komanda cəmi 4 xal yığıb.

Xəbər xətti