"Valdhof Manhaym"ın futbolçusu Barış Ekincier Sportal.az saytına qısa açıqlama verib.
Almaniya 3-cü Bundesliqada çıxış edən futbolçu Azərbaycan millisində oynamaq ehtimalının olub-olmaması haqda danışıb.
Cari mövsüm “Valdhof Manhaym” formasında 6 oyun oynamış futbolçu qol vurmayıb. Ekincier qısa olaraq bunları deyib:
"Klubum üçün əlimdən gələni edirəm. Azərbaycan millisindən dəvət? Yox, Azərbaycan millisindən rəsmi dəvət almamışam".
Futbolçu yayda "Bohum"dan ayrılaraq "Valdhof Manhaym"la 2 illik müqavilə imzalayıb. O, əvvəllər U-19, U-21 yığmalarımızda çıxış edib.