"Bavariya" futbolçuları koronavirusa yoluxub

10:09 - 25 Noyabr 2021

"Bavariya"nın hücumçusu Erik Çupo-Motinq koronavirusa yoluxub.

Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçu karantinə alınıb.

Kamerunlu forvardın durumunun yaxşı olduğu bildirilib.

Münhen təmsilçisində bir neçə gün öncə Erik Çupo-Motinqlə yanaşı, Serj Qnabri, Camal Musiala və Mikael Kyuizans koronavirusa yoluxan şəxslə təmasda olduqları üçün karantinə alınmışdılar.

Xəbər xətti