"Qalatasaray" UEFA Avropa Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində "Marsel"i qəbul edəcək.
Sportal.az xəbər verir ki, oyundan əvvəl fransalı jurnalist Romen Kanuti "sarı-qırmızılar"ı təhqir edib. O, "Qalatasaray"ın stadionunun mətbuat konfransı zalında klubun simvolu olan aslan heykəlinin üstünə çıxaraq şəkil çəkdirib. Media nümayəndəsi daha sonra fotonu paylaşaraq "aslanı əhliləşdirdim" başlığını yazıb.
Kanutinin bu hərəkəti "cim bom" azarkeşlərinin qəzəbinə səbəb olub.
Qeyd edək ki, "Qalatasaray" - "Marsel" qarşılaşması bu gecə Bakı vaxtilə saat 21:45-də baş tutacaq.
saytlarin hazirlanmasi