Boyan Krkiç "Barselona"ya qayıtdı

19:49 - 26 Noyabr 2021

"Barselona"nın keçmiş futbolçusu Boyan Krkiç özünü yeni sahədə sınayacaq.

 

Sportal.az xəbər verir ki, Yaponiyanın "Vissel Kobe" klubunda zədə səbəbindən oynamayacaq ispaniyalı hücumçu şərhçi kimi fəaliyyət göstərəcək. O, "Barça" televiziyasında çalışacaq. "Barselona" Krkiçin "Vissel Kobe"yə dönənə qədər klub kanalında şərhçilik edəcəyini açıqlayıb.

 

Krkiç "Barselona"nın yetirməsidir. 31 yaşlı hücumçu "Vissel Kobe"dən əvvəl MLS təmsilçisi "Montreal İmparkt"da çıxış edib.

Xəbər xətti