“Düzünü desəm, “Qarabağ”ın “Omoniya”ya qalib gələcəyini ehtimal edirdim. Çünki “Qarabağ” bu mövsüm çox uğurlu çıxış edir. Hər halda lider olsaydılar, daha yaxşı olardı. Ancaq hələ qarşıda 1 oyun var”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Vladimir Dimitrovski deyib.
“Qarabağ”n sabiq futbolçusu Ağdam klubunun Konfrans Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirib. Şimali makedoniyalı futbolçu “Qarabağ”ın Konfrans Liqasında uğurlu nəticə qazanacağını bildirib:
“Mənim üçün “Qarabağ”ın hər mövsüm avrokuboklarda qrup mərhələsində oynaması sürpriz deyil. “Qarabağ” artıq təcrübəli komandadı. Qurban Qurbanov işini yaxşı bilən mütəxəssisdi. İnanıram ki, “Qarabağ” Konfrans Liqasında daha yaxşı nəticələr qazanacaq. Nəinki qrupdan çıxmaq, onlar 1/4 finala və ya daha da irəliyə gedə biləcək komandadı. Niyə də olmasın?”.