Ötən gün UEFA Konfrans Liqasının V turunda "Qarabağ" "Omoniya" (Kipr) ilə üz-üzə gəlib. Oyunun 90-cı dəqiqəsində rəqibin futbolçusu Xordi Qomesin meydanın mərkəzindən vurduğu qolun sayəsində matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Sportal.az xəbər verir ki, 36 yaşlı ispaniyalı yarımmüdafiəçinin qolu Konfrans Liqasında həftənin ən yaşı qolları sırasında yer alıb.
Ancaq belə qol Xordinin karyerasında ilk deyil. Belə ki, o, ötən ilin oktyabrında "Omoniya"nın UEFA Avropa Liqasının qrup mərhələsində PSV (Niderland) ilə matçında da buna bənzər qol vurub.
Xordi Qomesin meydanın mərkəzindən PSV və "Qarabağ"ın qapısına vurduğu qolların görüntüsünü təqdim edirik:
saytlarin hazirlanmasi