“Liverpul”un keçmiş futbolçusu karyerasını bitirdi

13:24 - 27 Noyabr 2021

"Liverpul"un sabiq futbolçu Maksi Rodriges karyerasını başa vurub.


Sportal.az xəbər verir ki, bu barədə 40 yaşlı hücumçu özü açıqlama yayıb. O, İnstaqram səhifəsində etdiyi paylaşımda futbolla vidalaşdığını yazıb. Rodrigesin son klubu 2019-cu ildən formasını geyindiyi “Nyuells Old Boys” olub.


Rodriges “Atletiko” (2005-2010) və “Liverpul” (2010-2012) kimi nəhəng klublarda çıxış edib.

Xəbər xətti