"Palmeyras" Libertadores kubokunun qalibi olub.
Sportal.az xəbər verir ki, turnirin finalında Braziliyanın 2 komandası - “Palmeyras” və “Flamenqo” klubları qarşılaşıb.
Montevideodakı "Sentenari" stadonunda keçirilən görüş əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. 95-ci dəqiqədə Deyversonun qolu "Palmeyras"a qələbə gətirib.
"Palmeyras" - "Flamenqo" 2:1
Qollar: Rafael Veyqa 5, Deyverson 95 - Qabriel Barboza 72