Qurbanov mövsümün son matçında oynamadı

18:33 - 28 Noyabr 2021

Belarus çempionatında mövsümə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Ruslan Qurbanovun komandası “Slaviya” (Mozır) 30-cu turda doğma meydanda Minsk “Dinamo”su ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 0:0.

 

Ruslanın adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

 

“Slaviya” mövsümü 32 xalla 16 kollektiv arasında 13-cü pillədə başa vurub və elitadakı mövqeyini qoruyub.

Xəbər xətti