Rəşad Sadıqov: "Penaltini Volkova vermək işimizə hörmətsizlik olardı" - VİDEO

18:39 - 28 Noyabr 2021

"Ağır səfərdə çox vacib 3 xal qazandıq. Buradan hər komanda qələbə ilə ayrıla bilmir",

 

Sportal.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII tur oyunundan sonra deyib.

 

39 yaşlı mütəxəssis çox vacib qollar vurduqlarını söyləyib. Onun fikrincə, 2 qol rəqibi sarsıdıb: "İkinci hissədə rəqib böyük qüvvə ilə çıxış edirdi. Bununla belə 3-cü qolu vuraraq, qələbəyə nail olduq".

 

Sadıqov ikinci hissədə Cəlal Hüseynovu qorumaq üçün əvəzlədiyini söyləyib: "Onun 22-23 yaşı olsaydı, əvəzləməyəcəkdim. Onda yorğunluq var, son 2-3 ayda dəyişilmədən oynayıb. Üstəlik, Azərbaycan yığmasının düşərgəsində də olub. Hər hansı qol səhvi olmaması üçün dəyişdim".

 

Baş məşqçi futbolçularının maraqlı və ən əsası, düzgün oynadıqlarını bildirib. O, dayanmaq niyyətində olmadıqlarını və daha da artıracaqlarını dilə gətirib: "Özüm də texnikalı futbola üstünlük vermişəm. Ötən mövsüm də belə edirdik, amma alınmadıqda dəyişikliklərə getdik, dinamik, aqressiv çıxış etməyə başladıq. İndi isə futbolçuların özlərinə də belə xoşdur. Mən də belə futbol oynatmaq istəyirəm. Bu gün rəqibin gücünü nəzərə alaraq, böyük qüvvə ilə irəli atılmaq ağılsızlıq olardı. Bu gün isə nisbətən ehtiyatlı oynamağa çalışırdıq".

 

Mütəxəssis Georgi Stoilovla yollarını ayırmalarının səbəbini də açıqlayıb: "Stoilov dəyişilmədən mövsüm keçirmişdi. Son 3-4 ayda daim zədələnirdi. Sonda isə 3-4 ay müddətinə sıradan çıxdı. Ona görə də danışaraq qərara gəldik ki, özü üçün uyğun olan addımı ataq".

 

Sadıqov deyib ki, ötən mövsüm praqmatik oynamaq niyyətində olmayıblar: "Bəzi oyunları çıxmaqla, qətiyyən elə futbol oynamırdıq. Bu il nələrsə alınırsa, indinin işi deyil".

 

Baş məşqçi ilk qol epizodunda penaltini Davit Volkovun vurmamasına da aydınlıq gətirib: "Əvvəlki oyunlarımızda penaltilərimizi Təmkin Xəlilzadə yerinə yetirib. Bu oyunda penaltini Volkova vermək öz işimizə hörmətsizlik olardı" (Report).

 

Xəbər xətti