Krivotsyuk 90 dəqiqə oynadı, "Visla" qalib gəldi

21:21 - 28 Noyabr 2021

Polşa Ekstraklasasında 16-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) devdə “Krakoviya” ilə qarşılaşıb və qalib gəlib – 2:1.

 

Krivotsyuk start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

 

“Visla” 23 xalla 18 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti