Portuqaliya klubunun futbolçularında koronavirusun yeni növü aşkarlandı

15:46 - 29 Noyabr 2021

“Belenenseş”in futbolçuları yeni növ koronavirusa yoluxub.

Sportal.az xəbər verir ki, Portuqaliya klubunun futbolçularının yoluxduğu virus növü omikron adlanır. Klubda omikron ştammının yayılmasına səbəb futbolçulardan birinin bir neçə gün əvvəl Cənubi Afrikaya səfər etməsidi.

Belə ki, futbolçu məhz orada yeni ştamma yoluxub və sonradan “Belenenseş”dəki komanda yoldaşlarını yoluxdurub. 

​Koronavirusa yoluxmalarına görə “Belenenseş” Portuqaliya çempionatının 12-ci turu çərçivəsində “Benfika”ya qarşı tam heyətlə çıxa bilməmişdi.

Xəbər xətti