2021-ci ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının sahibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, mükafatın bu ilki qalibi Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi olub. 34 yaşlı hücumçu 7-ci dəfə "Qızıl top"u qazanıb.
"Bavariya"nın polşalı hücumçusu Robert Levandovski 2-ci, İtaliya millisinin və "Çelsi"nin yarımmüdafiəçisi Jorjinyo isə 3-cü yerə layiq görülüb.
İlk 10-luq isə belədir:
1. Lionel Messi - Argentina, PSJ
2. Robert Levandovski - Polşa, "Bavariya"
3. Jorjinyo - İtaliya, "Çelsi"
4. Kərim Benzema - Fransa, "Real"
5. Nqolo Kante - Fransa, "Çelsi"
6. Kriştiano Ronaldo - Portuqaliya, "Mançester Yunayted"
7. Məhəmməd Salah - Misir, "Liverpul"
8. Kevin De Brüyne - Belçika, "Mançester Siti"
9. Kilian Mbappe - Fransa, PSJ
10. Canluici Donnarumma - İtaliya, PSJ
Qeyd edək ki, "Qızıl top" mükafatı "France Football" nəşri tərəfindən təsis edilib. Mükafatının qalibi dünyanın 96 jurnalistinin səsverməsi nəticəsində bəlli olur. "France Football" nəşri koronavirus pandemiyasına görə ötən il mükafatı heç bir oyunçuya verməyib.
saytlarin hazirlanmasi