Ayazın komandası "Lokomotiv"ə qalib gəldi

10:05 - 30 Noyabr 2021

Rusiya Premyer Liqasında 16-cı turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” növbəti matçına çıxıb.

Tula təmsilçisi “Lokomotiv”lə (Moskva) qarşılaşıb.

Ayazın komandası bu oyundan 3:1 hesablı qələbə ilə ayrılıb.

Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 

Xəbər xətti