Almaniyada məşqçi kimi çalışan millimizin sabiq üzvü: "Azərbaycan milli komandasına xarici məşqçi lazım deyil"

14:55 - 30 Noyabr 2021

"Milli komandamızın oyunlarına baxıram. Azərbaycan milli komandasına xarici məşqçi lazım deyil. Çünki futbol tək oyun deyil, həm də hislərlə oynanılan oyundu. Bayraq, vətən məsələsi də var burada. Futbolçular necə var gücüylə, ürəyilə oynayırsa, məşqçi də oyunçularla onu hiss etməlidi. Məşqçi özü ilk növbədə o hissi oyunçulara verməlidi. Milli komanda tamam fərqlidi".

Bu sözləri Sportal.az saytına açıqlamasında Uğur Pamuk deyib. Hazırda Almaniyada "Hicret"in oynayan məşqçisi olan Pamuk Azərbaycan millisi barədə danışıb. Bununla yanaşı "Sumqayıt", "Xəzər Lənkəran"da da çıxış etmiş fiutbolçu sözlərinə bu cür davam edib:

"Dmitri Nazarov nəyə görə milliyə dəvət edilmədiki? Azərbaycanda oynayan o qədər yaxşı yerli oyunçular var. Yerlilərə şans verilməlidi, nəinki başqalarına. Doğrudu, mən də Almaniyadan gəlmişəm. Amma mən həqiqətən azərbaycanlıyam. Heç kim inanmır ki, mən azərbaycanlıyam. Dediyiniz oyunçular bilmirəm hardan gəlir, necə gəlib. Mən özümü bilirəm ki, atam Gəncədən gəlib Almaniyaya. Azərbaycanda Ağabala Ramazanov və digərləri var ki, mili komandaya daha çox kömək ola bilər".

Xəbər xətti