Haaland "Mançester Yunayted"ə, Darvin "Borussiya"ya

13:26 - 2 Dekabr 2021

"Benfika"nın forvardı Darvin Nunyes Almaniyaya köçəcək.

Sportal.az xəbər verir ki, uruqvaylı forvard "Borussiya"nın transfer siyahısında yer alıb.

Dortmund klubu Nunyes üçün "Benfika"ya rəsmi təklif də göndərib.  22 yaşlı futbolçunun meneceri Edqardo Lasalviya Almaniya klubunun rəsmilərilə görüşdə iştirak edib və ilkin razılıq əldə edilib.

Erlinq Haalandı "Mançester Yunayted"ə satmağa hazırlaşan "Borussiya" onun əvəzinə dərhal Darvini heytəinə qatacaq. 2019-cu ildən Uruqvay millisinə də cəlb edilən hücumçu “Penyarol”, “Almeriya”da çıxış edib. O, 2 ildir ki, Lissabon klubunda oynayır.

Xəbər xətti