"Məşqlərdə ehtiyat edirik ki, zədələnməyək"

22:41 - 2 Dekabr 2021

"Səbail"in müdafiəçisi Adil Nağıyev Sportal.az saytına açıqlama verib.

O, komandasının hazırki durumu və ev meydançası olan "ASCO Arena" haqda danışıb: "Meydançamız bərbad durumdadı. Məşq etmək belə olmur. Ancaq nə edək, işimizə görə məcburuq? Doğrudu, oyunlara çıxanda zədələnməyi belə düşünmürük.

Çıxıb 100 faizimizi meydanda qoyuruq. Məşqlərdə isə ehtiyat edirik ki, zədələnməyək. "ASCO Arena"nın meydançasında şikəst də qala bilərsən, zədə alıb futbolu buraxmaq məcburiyyətində də qalarsan. Maaşlarımıza gəlincə, verilir verilməyinə, amma çox gecikmələr olur".

Nağıyev, hazırda turnir cədvəlinin son pilləsində qərarlaşan komandası barədə isə bu cür danışıb: "Vəziyyətimiz yaxşı deyil. Amma bu durumu düzəltmək lazımdı. Həqiqətən çətin günlər yaşayırıq. Yaxşı olacağına inanırıq. Növbəti turda "Keşlə" ilə səfərdə qarşılaşacağıq. Qələbə üçün oynayacağıq".

Xəbər xətti