"Arsenal"ı məğlub edib "Mançester Yunayted"dən ayrıldı

12:26 - 3 Dekabr 2021

"Mançester Yunayted"in müvəqqəti baş məşqçisi olan Maykl Karrik vəzifəsindən ayrılıb.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis "qırmızı şeytanlar"ın Premyer Liqanın 14-cü turunda "Arsenal"ı 3:2 hesabı ilə məğlub etdiyi matçdan klubdan ayrıldığını açıqlayıb. Karrik 15 ilini həsr etdiyi komandaya bu sözlərlə vida edib:

 

"Mən bir "Mançester Yunayted" azarkeşiyəm. Hər zaman da belə qalacağam.Ralf Ranqnikə, futbolçulara və azarkeşlərə uğurlar arzu edirəm. Tribunada olmağı səbrsizliklə gözləyirəm".

 

"Mançester Yunayted"i mövsümün sonuna qədər Ralf Ranqnik çalışdıracaq.

 

Qeyd edək ki, Karrik 2006-2018-ci illərdə futbolçu, 2018-2021-ci illərdə məşqçi kimi "Mançester Yunayted"in uğurları üçün çalışıb.

Xəbər xətti