"Qarabağ" - "Sabah" matçının biletləri satışda

13:22 - 4 Dekabr 2021

Azərbaycan Premyer Liqasının 13-cü turunda keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasının biletləri satışa çıxarılıb.

 

Sportal.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VİP biletlər isə 15 manat təşkil edir.

 

Bu gün keçiriləcək “Qarabağ” – “Sabah” matçı saat 18:15-də start götürəcək.

Xəbər xətti