"İnter" xorvatiyalı ilə müqavilə imzalayacaq

10:42 - 5 Dekabr 2021

“İnter”in direktoru Cüzeppe Marotta klubun hansı futbolçularla danışıq apardığını bildirib.

Sportal.az xəbər verir ki, klub rəsmisi “nerazzura”nın İvan Perişiçlə yoluna davam etmək niyyətində olduğunu söyləyib.

İtaliya klubu xorvatiyalı futbolçunu komandada saxlamaq üçün ona yeni müqavilə təklif edib.

Marotta məsələ haqda bunları deyib:

​“Perişiçin meneceri ilə münasibətlərimizin olmasını, onunla danışıq aparmağımızı gizlətmirik. Klubda qalmaq istəsə, onunla asanlıqla razılıq əldə oluna bilər”.

Xəbər xətti