Samir Abasov: "Qışdan sonra nələrisə dəyişmək istəyirik"

Premyer Liqanın 13-cü turunun “Neftçi” - “Sumqayıt” matçından sonra ev sahiblərinin baş məşqçisi Samir Abasov mətbuat konfransında çıxış edib.

Sportal.az xəbər verir ki, Abasov matçla bağlı bu cür danışıb:

“Çətin oyun keçdi. Udmaq istəyirdik. Çox əziyyət çəkdik. Rəqib sıx oynayan komandadı. Ötən oyunda da qalib gəlmişdik, əziyyət çəkmişdik. Oyunun taleyini dəyişəcək Sezar Meza Kolli, Xorxe Korreadan yararlana bilmədik. Zədələnmişdilər. Sağolsun, futbolçular. 

- Futbolçuların zədələnməsinin səbəbi nədədi? Problem tibbi personaldadı, yoxsa yüklənmələr olur?
- Yusuf Lavalın oyuna kimi problemi yox idi. Tam hazır idi. Romen Bask 3 gündür ki, qızdırmalıdı. Mamadu Mbocun əli qırılıb, Mert Çelik isə cəzalı idi. Xorxe Korrea 10 gün bundan qabaq məşqdə zədələndi. Oyunöncəsi məşqdə isə Sezar zədələndi. Ola bilər ki, ilin axırıdı deyə belə olur. Mövsümə tez başlamışıq. Xorxeni anlayıram. 5-6 ay toplanış keçməmişdi. Onun fəsadları ola bilər. Elə zədələrdi ki, bəhanələr axtarmaqla məşğul olmalı deyilik. Özüm üçün deyirəm. Sübut olunmayan zədələrdi. Ronaldo kimi oyunçu millidə qaça-qaça əzələsini dartırsa...Halbuki bu qədər hazırlıqlıdı. Sübut olunmayan zədələrdi. Nə etmək olar? Heçkimdə günah yoxdu. Futbolun acı tərəfidi. 

- Qışdan sonra nəyi dəyişmək olar? 
- Dəyişməyi fikirləşirik. Nəticələr gəldikcə, yükün altından çıxmadıqca, düşünürük. Axtarışdayıq, bəzi mövqeləri gücləndirmək istəyirik. Yerli balansı düzəltmək istəyirik. Bu pis durumdan digər fubtolçularımız, cavanlar qazana bilər. Bundan sonrakı oyunlarda da start heyətdə bizə kömək ola bilərlər. Zaman göstərəcək ki, o uşaqlar yükün altından necə çıxa bilir. Bu vəziyyəti düzəltməyə çalışırıq. İndi də bazaya yığışacağıq, müzakirələr aparacağıq. 

- Ayaz Quliyev “Neftçi”nin gündəmindədi?
- Ayaz Quliyev barədə məlumatım yoxdu. Skaut şöbəmiz var, onlar bizə yaxın bölgələrdə olan azərbaycanlı futbolçularla maraqlanır. Hansı kömək ola bilər danışacağıq. Ancaq indi konkret ad deyə bilmərəm.

Tarix: 5 Dekabr [18:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Yanvar 2022
26  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio