Ayaz Quliyev oynadı, komandası uduzdu

20:14 - 5 Dekabr 2021

Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” növbəti oyununa çıxıb.

Tula təmsilçisi “Ximki”nin qonağı olub və  1:2 hesabı ilə uduzub.

Oyuna start heyətində çıxan Quliyev sonadək meydanda olub.

17 turdan sonra "Arsenal" 19 xalla 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti