"Yuventus" argentinalı ilə anlaşdı

21:01 - 6 Dekabr 2021

“Yuventus” aparıcı futbolçularından birini komandada saxlamağa razı salıb.

Sportal.az xəbər verir ki, “qoca sinyora” Paulo Dibala ilə yeni müqavilə şərtlərilə razılıq əldə edib. Yeni müqaviləyə əsasən argentinalı futbolçu 2026-cı ilə qədər “Yuventus”a məxsus olacaq.

Dibalanın “Yuve”dəki illik maaşı 8,5 milyon avro olacaq. O, 2015-ci ildən "Palermo"dan "Yuventus"a keçib.

Xəbər xətti