UEFA "Qarabağ"ın oyununa təyinatları açıqladı

13:17 - 7 Dekabr 2021

Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək "Bazel" - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.

Sportal.az xəbər verir ki, matçı Xorvatiya Futbol Federasiyasından Fran Yoviç idarə edəcək. Ona  Hrvoye Radiç və Luka Puşiç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını İvana Martinçiç yerinə yetirəcək.

Dekabrın 9-u keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Xəbər xətti