"Tottenhem"də koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisində 6 nəfərin testi müsbət çıxıb. Onların neçəsinin futbolçu olduğu açıqlanmayıb.
Antonio Kontenin baş məşqçi olduğu komanda dekabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin VI turunda Fransa "Renn"ini qəbul edəcək.