"Çelsi"nin yarımmüdafiəçisi Mateo Kovaçiç koronavirusa yoluxub.
Sportal.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Tomas Tuxel məlumat verib. Covid-19 tesi müsbət çıxan xorvatiyalı yarımmüdafiəçi karantinə alınıb.
Kovaçiç dizində olan problemə görə oktyabr ayından yaşıl meydanlardan uzaq qalmışdı. Dünən komanda ilə birlikdə məşqə çıxan 27 yaşlı futbolçu bir müddət də oynaya biməyəcək.
saytlarin hazirlanmasi