Gənclər və idman nazirinin əmri ilə Fərid Mansurov nazirlikdə tutduğu İdman şöbəsi müdiri vəzifəsindən göndərilib.
Sportal.az xəbər verir ki, yunan-Roma güləşi üzrə Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovun yeni iş yeri də məlum olub.
O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına prorektor təyin olunub.