Paytaxt klubunda koronavirus kabusu: yoluxanların sayı artır

18:26 - 8 Dekabr 2021

İngiltərənin "Tottenhem" klubunda koronavirusa yoluxanların sayı artıb.

 

Sportal.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Antonio Konte məlumat verib. İtaliyalı mütəxəssisin sözlərinə görə paytaxt klubunda Covid-19-a yoluxanların sayı 13-ə yüksəlib. Bunlardan 8-i futbolçudu.

 

Qeyd edək ki, "Tottenhem" Avropa Konfrans Liqası qrup mərhələsinin son turu çərçivəsində sabah Fransanın "Renn" klubu ilə qarşılaşacaq.

Xəbər xətti