“Legiya”nın sabiq çalışdırıcısı Çeslav Mixneviç Avropa Liqasının C qrupunun 6-cı turu çərçivəsində “Spartak”a qarşı keçiriləcək oyun haqda danışıb.
Sportal.az xəbər verir ki, Varşava klubunun sabiq baş məşqçisi bugünki oyunla bağlı danışarkən Mahir Emrelinin oyununa da toxunub:
“Məncə, “Legiya” öz şansını gözləyəcək. Onlar daha çox əks-hücumlara üstünlük verib, standart vəziyyətlərdən istifadə etməyə çalışacaq. Ev sahibləri üçün üstünlük hava şəraitidi.
“Spartak”ın texnikalı komandası var. Şaxta ot örtüyünə təsir edə bilər. Emreliyə uzun ötürmələr isə “Spartak” üçün təhlükədi.
O, "Spartak"ın yavaş mərkəz müdafiəçilərindən asanlıqla qaça bilər. Pekxart oynasa, cinahlardan daha çox ötürmələr olacaq”. (Matç TV