"Bazel"in baş məşqçisi "Qarabağ" haqda nə dedi?

10:35 - 10 Dekabr 2021

"Qələbəyə görə şadam. Çünki yaxşı komanda ilə oyunda 3 cavabsız qol vurduq".

Sportal.az xəbər verir ki, bu sözləri "Bazel"in baş məşqçisi Patrik Rahmen  Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda  "Qarabağ"a qalib gəldikləri oyundan (3:0) sonra mətbuat konfransında deyib.

​O, matçı belə şərh edib: "Qarabağ" keyfiyyətli komandadır. Bunu ilk dəqiqələrdən göstərdilər. Görüşün əvvəli bizim üçün yaxşı alınmadı. Amma tədricən üstünlüyü ələ keçirdik və oyunun böyük hissəsində inamlı təsir bağışladıq".

Xəbər xətti